Reklam verin!


G.CəbiMart 24, 2008 12:08

Sevgili, böyük Əkrəm!

Nəjadın məktubu içərisindəki kiçik, fəqət böyük məktubunu aldım. Oxudum. Nədənsə məktub yazmaq istərkən- xüsusilə sana- bütün təsəvvürlərim Ofelyanın saçları kimi pərişan oluyor. Nə yapmalı, canım!... İndi məktubumu başlıyorum. Yenə neredən yazıya girişəcəyimi bilmiyorum. Əgər şu bəyaz vərəqlər acılıqlarını isbata qalxışarlarsa, qırıq qələmimdə də bir mərhəmət hissi oyana bilirsə, o zaman hər iş düzəlir xəyalındəyim.   

Davamı...
G.CəbiOktyabr 2, 2007 9:24

O gün ki hicrana uğradı yolum,

Qırıldı qanadım, qırıldı qolum.

Fələkdən bac alıb, bac verən könlüm

İndi uşaq kimi ağlar səninçün. 

Davamı...
G.CəbiSentyabr 3, 2007 11:28

Könül oğurlayan bir adı vardır,

Mələk deyil, amma qanadı vardır.

Siyah qaşlarının kölgəliyində

Daima çırpınır iki göyərçin. 

Davamı...
G.CəbiAvqust 24, 2007 11:44

Xeyr, hörüklərin deyildir ilan,

O əski şairlər söyləmiş yalan,

Məni xəyal kimi ayağa salan

O coşqun dalğalı telin işidir. 

Davamı...
G.CəbiAvqust 9, 2007 11:44

Nə qaplamışsan göyü, sən ey bulud, xınca-xınc?!

Nədir ildırımında bu gurultu, bu çaxınc?!

Qaranlıqda sıyrılan hər şimşəyin bir qılınc.

Yetər, çaxma, ey bulut!

Mənə bir qədər sükut! 

Davamı...
G.CəbiAvqust 8, 2007 20:59

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir. 

Davamı...
G.CəbiAvqust 1, 2007 11:14

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Davamı...
G.Cəbiİyul 30, 2007 21:36

Sevirəm

Bənövşə tək

Boynun bükərək

O məhzun duruşlarını. 

Davamı...
G.Cəbiİyul 27, 2007 11:58
Müşfiq
G.Cəbiİyul 27, 2007 11:32

Sən onun eşqilə, məhəbbətilə

Vurmadın ömrünü başa, ürəyim.

Sevgi hədəfinə nişan alanda

Dəydimi oxların daşa, ürəyim?!

 

 

Davamı...
  Yazılar cəmi: 40    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com